İdman24
Futbol · APA Sport

Lixteynşteynli futbolçu: “Qələbə üçün əlimizdən gələni edəcəyik”

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığmamız doğma meydanda Lixteynşteynlə qarşılaşacaq.

Qonaqların futbolçusu Alessio Hasler matçla bağlı fikirlərini bölüşüb:

“Azərbaycanla görüşə çox yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqinin güclü və zəif tərəflərini bilirik. Sabahkı oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Lixteynşteyn matçı oktyabrın 1-də saat 20:00-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə