İdman24
Basketbol · APA Sport

Azərbaycanın U-16 millisi Yalovada beynəlxalq turnirdə iştirak edir

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq turnirinə qatılıb.

Apasport.az xəbər verir ki, sentyabrın 8-dən 12-dək davam edəcək yarışda Azərbaycan yığması ilə yanaşı, Türkiyənin "Konya Diltaş Basketbol", "Eskişehir Çağdaş Koleji Spor Kulübü", Bolqarıstanın "Rilski Sportist", Gürcüstanın "Viktor Sanikidze Academy Basketball", Türkiyənin "Bakırköy Kartaltepe Spor Kulübü", "Fənərbağça" və "Eskişehir Gelişim Falcons" komandaları mübarizə aparırlar.

Qeyd edək ki, Azərbaycanın U-14 basketbol millisi sözügedən turniri ikinci pillədə başa vurub.

Orijinal mənbə

İdman24 əsas səhifə