Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar Qarabağ 10 oktyabr, 2026 13:20 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bir qrup beynəlxalq səyyah Azərbaycanın Cəbrayıl rayonunun Həsənli kəndinə səfər edib və orada azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanış olub.
"Report" un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, səfər zamanı qonaqlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti ilə tanış olublar.
Agentliyin nümayəndələri xarici səyyahlara işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərin minalanması nəticəsində yaranan mina təhlükəsinin miqyası, eləcə də digər partlayıcı əşyaların dinc əhalinin həyatı üçün yaratdığı təhlükə barədə məlumat veriblər.
Xüsusi diqqət mina təhlükəsinin keçmiş məcburi köçkünlərin doğma evlərinə təhlükəsiz qayıtmasına və bərpa işlərinin aparılmasına mane olmasına yönəldilib.
Nümayəndə heyətinin iştirakçılarına minaların aşkar edilməsi və zərərsizləşdirilməsi prosesi də nümayiş etdirilib. Qonaqlar ərazilərin partlayıcı əşyalardan təmizlənməsini və onların sonradan nəzarət altında zərərsizləşdirilməsini bilavasitə izləyə biliblər.
Qeyd edək ki, "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Foto Məhəmməd Ağayev Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Международные путешественники ознакомились с процессом разминирования в Джебраиле Foto International travelers visit mine clearance site in Azerbaijan's Jabrayil --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 14:56 Foto Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Sosial müdafiə 14:53 Camal Qamzatxanov Bakıda keçirilən mundialda bürünc medal üçün tatamiyə çıxacaq - YENİLƏNİB-4 Fərdi 14:49 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2 Fərdi 14:32 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb İKT 14:30 Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir Qarabağ 14:27 Ötən gün axtarışda olan 84 nəfər tutulub Daxili siyasət 14:18 ABŞ-də "İsayas" qasırğası səbəbindən 860 mindən çox insan işıqsız qalıb Digər ölkələr 14:15 Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb Sənaye 14:05 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.