Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 28° C USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır Din 23 sentyabr, 2026 16:41 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu sabahdan etibarən başlayır.
Bu barədə "Report" a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq:
"İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək".
Qeyd edilib ki, Həcc üçün tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayışdır.
Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Vüsal Cahangiri qeyd edib ki, Həcc və Ümrə nazirliyinin tələblərinə görə sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir:
"Buna görə Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmadan qeydiyyata alınsınlar" - deyə, o əlavə edib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Aysel Aslan Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Прием документов на хадж 2027 года начнется с 24 сентября USD - 1.700 EUR - 1.943 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 28° C Son xəbərlər 17:40 Foto Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib Fərdi 17:34 Foto Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub Xarici siyasət 17:29 Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL Sənaye 17:27 "Formula 1" Bakı mərhələsinin trasdankənar ən yaxşı 10 anını açıqlayıb Formula 1 17:24 "Aznur" minifutbol klubu Çempionlar Liqasında ilk matçını keçirib Futbol 17:19 Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir - RƏY Energetika 17:18 Əfv olunan Özdemir Salih: Ailəsini, övladlarını sevən kimsə cinayət törətməsin Daxili siyasət 17:13 Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb Biznes 16:59 Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Alliance"na üzv olub İKT Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.