"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir Digər ölkələr 05 noyabr, 2026 08:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkiləri ərəfəsində ölkə lideri Donald Trampın xarici siyasətindən narazı olan tərəfdarlarının dəstəyini qazanmağa çalışır.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl çərşənbə günü Vens "X" sosial şəbəkəsində İranla müharibəni Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində məğlubiyyətinin səbəbi adlandırıb.
"Fox News"un qiymətləndirməsinə görə, vitse-prezident bununla xarici siyasətə və ABŞ-ın İsraillə münasibətlərinə dair baxışlarının Trampın mövqeyindən fərqləndiyini nümayiş etdirib.
Vens paylaşımında sorğulara əsasən, respublikaçıların əhalinin dəstəyini yenidən qazanmasına kömək edə biləcək dörd istiqaməti də sadalayıb: İranla müharibənin başa çatdırılması, yaşayış xərclərinin azaldılmasına və inflyasiya ilə mübarizəyə diqqətin yönəldilməsi, "Amerika hər şeydən əvvəl" prinsipinə sadiqlik və İsraillə münasibətlərə yenidən baxılması.
ABŞ administrasiyasındakı mənbə telekanala bildirib ki, bu dörd bəndi Vensin "yeni sağçılara" çağırışı kimi qiymətləndirmək olar. Bu qüvvələri Trampın ilkin "Amerika hər şeydən əvvəl" prinsipini və xarici münaqişələrdə iştirakdan imtina mövqeyini dəstəkləyən respublikaçılar koalisiyası kimi xarakterizə etmək mümkündür.
Bununla yanaşı, "Fox News"un mənbəsi Vensin bəyanatının Trampdan ayrılması kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.
Telekanalın məlumatına görə, vitse-prezident Trampı dəstəkləyən, lakin onun xarici siyasəti ilə razılaşmayan respublikaçılara mesaj vermək istəyir. Bu mesaj isə belə səslənir: "Vens bizim adamımızdır".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Fox News: Вэнс пытается заручиться поддержкой недовольных политикой Трампа республиканцев --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 17° C Son xəbərlər 09:35 "DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq Futbol 09:29 Azərbaycan neftinin qiyməti 106 dollara düşüb Energetika 09:24 Foto Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb Elm və təhsil 09:22 UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək Futbol 09:18 "Bitcoin" və "Ethereum"un qiymətləri artıb Maliyyə 09:14 UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq Futbol 09:12 Foto ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir İnfrastruktur 09:10 Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib İKT 09:10 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026) Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.