Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Komanda 01 oktyabr, 2026 12:33 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olan klub 1 milyon 400 manat əlavə mükafat qazanacaq.
Bu barədə "Report" a Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300 min manat alacaqlar.
Çempionatı ikinci yerdə başa vuran komandaya 700 min manat həcmində əlavə maliyyə dəstəyi veriləcək.
ABF 2026/2027 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) idarəetmə və inkişaf yanaşmasını dəyişib. Ölkə basketbolunun keyfiyyətini artırmaq, klublar arasında rəqabəti gücləndirmək və azarkeş axınını stimullaşdırmaq məqsədilə yeni maliyyələşdirmə modeli tətbiq olunur.
Ümumi büdcə əvvəlki illərlə oxşar səviyyədə saxlanılsa da, vəsaitlərin bölüşdürülməsi artıq zəmanətli ödənişlərə deyil, klubların performansına və müəyyən edilmiş şərtləri yerinə yetirməsinə əsaslanır.
Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub, hər matç üçün 3 min manat qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63 min manat əlavə edə bilər.
Qazanılan hər qələbə 10 min manat dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210 min manata qədər mükafat əldə edə bilərlər.
Mövsümün sonunda pley-offun yarımfinal mərhələsinə vəsiqə qazanan 4 klubun hər birinə əlavə 150 min manat ayrılacaq.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.924 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:34 Foto "Mingəçevir Reqatası-2026": Elmir Tarverdiyev - Mustafa Vəlizadə cütlüyü ikinci olub - YENİLƏNİB-4 Fərdi 12:33 Azərbaycan Basketbol Liqasının qalibi olan klub 1 milyon 400 manat mükafat qazanacaq Komanda 12:32 Foto Video Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - MÜSAHİBƏ Daxili siyasət 12:31 Moldova DİN: Kişineuya hücum cəhdi edən Rusiyanın "Geran-4" dronu olub Digər ölkələr 12:29 Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb Hadisə 12:18 ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH Analitika 12:17 Ermənistan hökuməti dövlət büdcəsini 1,3 milyard dollar kəsirlə təsdiqləyib Maliyyə 12:14 Erdem Tındaş: Birgə layihələrimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə çalışırıq Hərbi 12:11 Futzal üzrə hakim-inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.