Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb Fərdi 20 oktyabr, 2026 14:47 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatı üçün Azərbaycanın güləş millilərinin heyəti bəlli olub.
Bu barədə "Report" a Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.
AGF-nin təlim-məşq bazasında yunan-Roma güləşi üzrə milli komandanın yolasalma mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, baş katibi Pərvin Piriyev iştirak edib.
Görüşdə milli komandaya uğurlar arzulanıb və yarışda ölkəni təmsil edəcək güləşçilərin adları açıqlanıb.
Oktyabrın 20-də isə Quba Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə milli komandanın üzvləri ilə görüş keçirilib.
Tədbirdə iştirak edən N.Abdullayev, F.Mansurov və P.Piriyev komandaya uğurlar arzulayıb və heyət açıqlanıb.
Mundialda Azərbaycanı 23 güləşçi təmsil edəcək. Yarışın ilk günlərində mübarizəyə yunan-Roma güləşi yığması start verəcək. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) çıxış edəcək.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanova (65 kq) dünya çempionatında gücünü sınayacaq.
Çempionatın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Millinin baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) qələbə uğrunda mübarizə aparacaq.
"Barıs Arena"da keçiriləcək yarışda gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 09:30-da, axşam seansının görüşləri isə 17:00-da başlayacaq.
Qeyd edək ki, I-S dərəcəli referilər Asif Şirəliyev və Sədi Quliyev mundialda ədaləti qoruyacaqlar.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 15:36 Ev, otaq yoldaşı və usta — bir ünvanda: Birev.az Sosial müdafiə 15:27 Foto Video "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 15:23 Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib ASK 15:22 Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib Digər ölkələr 15:15 Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər Region 15:14 ABŞ-də sorğu: Əhalinin 33 %-i uğursuz edamın təkrarlanmasını müdafiə edir Digər ölkələr 15:13 "Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib Biznes 15:10 AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb Fərdi 15:08 "Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.