"Sabah" - "Borussiya": Azərbaycan təmsilçilərinin Almaniya klublarına qarşı 15 oyunda 1 qələbəsi var

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Sabah" - "Borussiya": Azərbaycan təmsilçilərinin Almaniya klublarına qarşı 15 oyunda 1 qələbəsi var Futbol 20 oktyabr, 2026 12:56 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda bu gün keçiriləcək "Sabah" - "Borussiya" (Dortmund) oyunu Azərbaycan və Almaniya komandalarının avrokuboklarda 16-cı dueli olacaq.
"Report" un məlumatına görə, indiyədək ölkə təmsilçilərindən yalnız "Qarabağ" və "Qəbələ" bu ölkənin kollektivləri ilə üz-üzə gəlib.
"Köhlən atlar" indiyədək UEFA turnirlərində bu ölkənin 5 klubu ilə qarşılaşıb. "Qarabağ" 11 matçın 8-də uduzub, 1-də qələbə qazanıb, 2 görüşdə heç-heçə qeydə alınıb.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının 2010/2011 mövsümünün pley-off mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Almaniyada rəqibinə 0:4, Bakıda 0:1 hesabı ilə məğlub olan "köhlən atlar" avrokuboklarla vidalaşıb.
Almaniya təmsilçisi ilə növbəti duel UEFA Avropa Liqasının 2013/2014 mövsümünə təsadüf edib. Turnirin pley-off mərhələsində "Ayntraxt" ilə üz-üzə gələn "Qarabağ" Bakıdakı ilk oyunda rəqibinə 0:2 hesabı ilə yenilib. Almaniyada keçirilən matç isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" UEFA Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində növbəti dəfə Almaniya təmsilçisi ilə qarşılaşıb. "Frayburq"a səfərdə uduzan (1:2) Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda gerçəkləşən matçdan bərabərliklə ayrılıb - 1:1.
Azərbaycan çempionu 2023/2024 mövsümündə "Bayer 04" ilə dörd dəfə qarşılaşıb. UEFA Avropa Liqasının qrup mərhələsində 1:5 və 0:1 hesabı ilə uduzan komanda eyni turnirin pley-offunda Bakıda heç-heçə (2:2) etsə də, səfərdə məğlubiyyətlə barışıb - 2:3.
"Qarabağ" cari ilin əvvəlində, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun matçında isə "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
"Qəbələ": 4 oyunda 4 məğlubiyyət
"Qırmızı-qaralar" 2015/2016 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sına rəqib olub. Bakıdakı görüşdə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi səfərdə dörd cavabsız topla məğlub olub. "Qəbələ" növbəti mövsümdə də eyni turnirin qrup mərhələsinədək irəliləyib. Azərbaycan klubu bu dəfə Almaniyanın "Maynts 05" komandası ilə üz-üzə gəlib. Rəqib hər iki oyunda qalib gəlib - 3:2, 2:0.
Beləliklə, "Sabah" Almaniya təmsilçisi ilə qarşılaşacaq üçüncü Azərbaycan klubu olacaq.
Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 14:22 Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib" Futbol 14:14 Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb Hadisə 14:06 "Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır Maliyyə 14:06 Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib Daxili siyasət 14:04 Ceyranbatanda ana və övladını maşın vurub Hadisə 14:02 Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb İKT 13:59 Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik Digər ölkələr 13:57 "Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb Komanda 13:55 "Şərqi Azəri" yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.