Futbol · APA Sport
“Tottenhem” onu saxlamadı: Palinya “Bavariya”ya qayıdır

“Tottenhem”in futbolçusu Joao Palinya “Bavariya”ya qayıdacaq.
Apasport.az xəbər verir ki, London klubu portuqaliyalı yarımmüdafiəçinin transfer hüquqlarını almayacaq.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
“Tottenhem” daha əvvəl Sandro Tonali və Mateuş Fernandeşi heyətinə qatdığı üçün 30 yaşlı futbolçunu komandada saxlamaq niyyətində deyil.
Palinyanın “Sportinq”ə qayıtmaq variantı da müzakirə olunur. Lakin “Bavariya”nın portuqaliyalı futbolçu üçün tələb etdiyi məbləğ keçidin reallaşmasını çətinləşdirir.
Qeyd edək ki, Palinyaya başqa klublar da maraq göstərir. Futbolçunun gələcəyi ilə bağlı danışıqlar davam edir.