Güləşçimiz olimpiadada gümüş medal qazanıb

Azərbaycan idmançısı Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, çimərlik güləşində 80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda seneqallı Markett Diopa məğlub olub.
Süleymanlı finala qədər Əlcəzair, Hindistan, Mərakeş və Yunanıstan idmançılarına qalib gəlib.
55 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Günel Kərimli isə yarımfinaladək bütün rəqiblərini üstələsə də, finala vəsiqə uğrunda görüşdə seneqallı Elizabet Diattaya uduzub. Bürünc medal uğrunda qarşılaşmada da məğlub olan idmançımız yarışı beşinci pillədə başa vurub.
Qeyd edək ki, Oyunların ilk günündə cüdoçumuz İbrahim Talıbov (-55 kq) Azərbaycana Dakar-2026-nın ilk qızıl medalını qazandırıb.