Basketbol · APA Sport
ABŞ-li basketbolçu "Gəncə"də

"Gəncə" heyətini yeni basketbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda ABŞ-dən olan Kobi Maqi ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 23 yaşlı müdafiəçi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Kobi Maqi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.