Futbol · APA Sport
Sabiq “Neftçi”li Premyer Liqa klubunda - RƏSMİ

“Şəfa” klubu daha bir futbolçunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, komanda “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
U-21 milli komandamızın sabiq üzvü olan Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, “Neftçi”nin də formasını geyinib.