İdman24
Digər · APA Sport

AL: "Beşiktaş"ın rəqibləri bəlli olacaq - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, püşkatma Monakoda keçiriləcək.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Liqa mərhələsində 36 komanda mübarizə aparacaq və onlar 4 səbətə bölünüb.

1-ci səbət: “Bayer” (Leverkuzen, Almaniya) “Benfika” (Portuqaliya) “Yuventus” (İtaliya) “Milan” (İtaliya) “Lion” (Fransa) “AZ Alkmaar” (Niderland) “Olimpiakos” (Yunanıstan) “Real Sosyedad” (İspaniya) “Marsel” (Fransa)

2-ci səbət: “Ferentsvaroş” (Macarıstan) “Viktoriya Plzen” (Çexiya) “Union” (Belçika) “Dinamo Zaqreb” (Xorvatiya) “Zalsburq” (Avstriya) “Seltik” (Şotlandiya) “Sparta Praqa” (Çexiya) “Renn” (Fransa) “Anderlext” (Belçika)

3-cü səbət: “Şturm Qrats” (Avstriya) “Lex” (Polşa) “Kristal Pelas” (İngiltərə) “Bornmut” (İngiltərə) “Sanderlend” (İngiltərə) “Selye” (Sloveniya) “Yagelloniya” (Polşa) “Omoniya” (Kipr) “Selta” (İspaniya)

4-cü səbət: “Hoffenhaym” (Almaniya) “Beşiktaş” (Türkiyə) “Torreense” (Portuqaliya) “Hapoel" (Beer-Şeva, İsrail) NEK (Niderland) “OFİ” (Yunanıstan) “Lillestrem” (Norveç) “Levski" (Sofiya, Bolqarıstan) “Ararat-Armeniya” (Ermənistan).

Qeyd edək ki, yeni formatda hər komanda liqa mərhələsində 8 fərqli rəqiblə qarşılaşacaq. Görüşlərin 4-ü evdə, 4-ü isə səfərdə keçiriləcək.

Liqa mərhələsinin ilk oyunları 16-17 sentyabr tarixlərində baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə