İdman24
Futbol · Report İdman

Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 19° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub Futbol 14 noyabr, 2026 11:14 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.

"Report" xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.

Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.

Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Məhəmməd Salah 2026-cı ilin yayında Türkiyənin "Trabzonspor" klubuna keçib. O, 2017-ci ilin yayından İngiltərənin "Liverpul" komandasında çıxış edib. Misirli futbolçu mersisaydlıların heyətində müxtəlif turnirlərdə 442 oyun keçirib, 257 qol vurub və 123 məhsuldar ötürmə verib.

Salah "Liverpul"un tarixində ən yaxşı bombardirlər siyahısında üçüncü pillədə qərarlaşıb. O, bu göstəricidə yalnız 339 qolla İan Raşdan və 280 qolla Rocer Hantdan geri qalır.

Hücumçu "Liverpul"la İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun və Superkubokunun, UEFA Superkubokunun, klublararası dünya çempionatının qalibi olub. O, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 17:31 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır ASK 17:27 Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək - Rəy Daxili siyasət 17:25 Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır Maliyyə 17:22 İoannis Diamantakos: "İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış etdik" Komanda 17:19 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Energetika 17:17 Foto Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək ASK 17:07 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib İnfrastruktur 16:51 Foto Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub İnfrastruktur 16:45 Foto Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə