Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib Digər ölkələr 10 oktyabr, 2026 16:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, o, 8 müharibəni həll edib və daha ikisini başa çatdırmağa və ya nizama salmağa yaxındır. O, həmçinin son 28 nəfər də daxil olmaqla, İsraildəki bütün girovların – həm sağ qalanların, həm də həlak olanların – geri qaytarılmasını, eləcə də dünyanın müxtəlif ölkələrindən yüzlərlə girovun azad edilərək evlərinə qayıtmasını təmin etdiyini bildirib.
Bundan əlavə, ABŞ Prezidenti Venesueladakı müharibədə qələbə qazandıqlarını və ölkəni idarə edən "qəddar diktatoru" saxladıqlarını bəyan edib. Tramp həmçinin, İranın nüvə silahı əldə etməsinə imkan vermədiyini vurğulayıb.
"Və daha başqa nələr! Və yenə də, bütün bunlara baxmayaraq, nə mən, nə də ABŞ Nobel Sülh Mükafatını almadı. Əla!" - o yazıb.
Ötən gün Tramp mükafatın ona verilməməsi qərarını artıq tənqid etmiş və bunu Norveçin nüfuzunda "silinməz ləkə" adlandırmışdı. O, həmçinin bildirib ki, Nobel Sülh Mükafatı bu qərarı qəbul edən insanlar tərəfindən gözdən salınıb.
Xatırladaq ki, oktyabrın 9-da 2026-cı il üzrə Nobel Sülh Mükafatı əvvəllər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı və BCM-in Apellyasiya Palatasının hakimi vəzifələrində çalışmış cənubi afrikalı hüquq müdafiəçisi Navi Pillaya verilib.
Cəmi bir neçə saat sonra ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Трамп вновь выразил недовольство тем, что не получил Нобелевскую премию мира --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 18:02 Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək Region 17:51 Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək Digər ölkələr 17:51 İlham Əliyevin MDB sammitində çıxışı Azərbaycanın strateji prioritetlərini əks etdirir - RƏY Daxili siyasət 17:44 Foto Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Fərdi 17:30 İtkin düşmüş 8 nəfər ötən gün tapılıb Hadisə 17:27 Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb Sənaye 17:22 Foto Azərbaycanın cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib Fərdi 17:15 Foto Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir Mədəniyyət siyasəti 17:08 Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.