AFFA rəsmisi Elçin Məmmədov: "Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq"

İlham Əliyev Zəfərə gedən yol Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA rəsmisi Elçin Məmmədov: "Milli komandalara futbolçu seçimi analitik məlumatlara əsaslanacaq" Futbol 12 oktyabr, 2026 12:00 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın yaratdığı rəqəmsal platformalar sayəsində milli komandalara futbolçu seçimi subyektiv fikirlərə deyil, analitik məlumatlara əsaslanacaq.
"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibinin müavini Elçin Məmmədov aşağı yaş qrupları ilə əlaqədar yeni "match.affa.az" saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.
O, "match.affa.az" saytında qurum tərəfindən təşkil olunan uşaq və gənclər liqalarının canlı yayımlanacağını, turnir cədvəllərinin və futbolçuların statistik göstəricilərinin dinamik yenilənəcəyini bildirib:
"Hazırda platformada uşaq-gənclər liqaları və Qadınlar Superliqası əks olunub. Növbəti mərhələdə "Məktəbli Kuboku", futzal liqaları və digər yarışlar da sayta əlavə ediləcək".
E.Məmmədov "AFFA İstedadlar" sosial media kanallarının fəaliyyətinə də toxunub:
"Hər turdan sonra "Eyeball" proqramı vasitəsilə toplanan göstəricilər əsasında rəmzi komanda, turun ən yaxşı futbolçusu, qapıçı seyvi, qol və assistlər paylaşılacaq. Bu, istedadlı oyunçuların üzə çıxarılmasına, akademiyaların öz futbolçularını və rəqiblərini təhlil etməsinə imkan verəcək. Əsas məqsəd yığma komandalara namizədlərin obyektiv analitik göstəricilər əsasında seçilməsini təmin etməkdir".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:34 Foto Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB Xarici siyasət 12:31 Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib Region 12:30 DSMF: 9 ayda pensiyalara 5,8 milyard manat vəsait yönəldilib Maliyyə 12:30 İlham Əliyev: Sovet dövründə Azərbaycanda kambocalı tələbələrin təhsil alması ənənəsini bərpa etmək lazımdır Elm və təhsil 12:28 Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur Xarici siyasət 12:20 Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB Digər ölkələr 12:17 Azərbaycan xarici vətəndaşlara 7,3 milyon manat ƏDV qaytarıb Maliyyə 12:16 "Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb Futbol 12:14 Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək - EKSKLÜZİV İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.