Digər · APA Sport
"İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib

Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, MLS təmsilçisinin “sükanı” Kristian Albertoya tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.
Alberto əvvəl Argentinada “Rosario Sentral”, “Yunion” və “Platense”də çalışıb.
Qeyd edək ki, “İnter Mayami” MLS-də 21 turdan sonra 39 xalla ikinci sıradadır.