İdman24
Digər · APA Sport

Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab

“Mənim üçün ideal start heyəti anlayışı yoxdur”.

Apasport.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo “Alaves”lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Vinisius Junior, Yan Diomande və Arda Gülerin ətrafında gedən müzakirələrə münasibət bildirib:

“İki həftə əvvəl Vinisiusun komandadan ayrılmalı olduğu deyilirdi. Ardınca onun Diomande ilə uyğunlaşa bilmədiyi söylənildi. İndi isə hər ikisinin birlikdə oynamalı olduğu düşünülür. Bu dəfə də Ardanın ehtiyat oyunçular skamyasında qalmalı olduğu deyilir. Ardanı dəstəkləyənlər isə onun start heyətində yer almasını istəyirlər”.

Mourinyo komandanın daxilində futbolçular arasında qarşıdurma olmadığını vurğulayıb. O bildirib ki, Vinisiusun çətin dönəmində komanda yoldaşları braziliyalıya böyük dəstək göstəriblər. Baş məşqçinin sözlərinə görə, futbolçunun start heyətində və ya ehtiyatda yer almasından daha vacib olan onun komandaya verdiyi töhfədir.

Təcrübəli mütəxəssis Cud Bellinqemin Zinəddin Zidanla müqayisə olunmasına da münasibət bildirib. Mourinyo fərqli nəsillərin nümayəndələrini müqayisə etməyin tərəfdarı olmadığını, hər iki futbolçunun öz dövrünün ən yaxşılarından olduğunu qeyd edib.

Portuqaliyalı çalışdırıcı Çempionlar Liqasındakı əsas hədəflərinin isə pley-off mərhələsində iştirak etmədən birbaşa 1/8 finala yüksəlmək olduğunu vurğulayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə