Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Gürcüstan vətəndaşı olan soydaşımız yeniyetmələr arasında Olimpiya çempionu olub Region 13 noyabr, 2026 07:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Seneqalda keçirilən IV Yeniyetmələrin Olimpiya Oyunlarında Gürcüstanın yığmasının heyətində çıxış edən Emil İsmayılov boks üzrə qızıl medal qazanıb.
"Report" un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlı idmançı 55 kiloqram çəki dərəcəsində final görüşündə avstraliyalı Marli Doddi 5:0 hesabı ilə məğlub edərək çempion olub.
Emil İsmayılov turnirdə ilk görüşündə Dominikan Respublikasından olan Maykl Reyesə 4:1, 1/4 finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.
O, yarımfinalda kanadalı Lisandro Qarsia Rebelo əlindən aldığı zədə səbəbindən görüşə çıxa bilmədiyi üçün birbaşa finala yüksəlib.
Bu, Gürcüstanın IV Yeniyetmələrin Olimpiya Oyunlarında qazandığı ilk qızıl medal olub.
Onun qələbəsi Gürcüstan yığmasının heyətində yarışan və Gürcüstanda yaşayan azərbaycanlı idmançının beynəlxalq arenada böyük uğuru kimi diqqət çəkib.
Emil Elçin oğlu İsmayılov soydaşlarımızın kompakt yaşadığı Qardabani bələdiyyəsinin Tbiltsqaro qəsəbəsindəndir.
Qeyd edək ki, Gürcüstanın yeniyetmələrin Olimpiya oyunlarında əvvəlki qızıl medalını 2018-ci ildə Buenos-Ayresdə yunan-Roma güləşi üzrə Giorgi Çxikvadze qazanıb.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Ruslan Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Азербайджанец выиграл для Грузии золото юношеских Олимпийских игр в Сенегале --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 09:43 IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək İqtisadiyyat 09:39 Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb Hadisə 09:36 Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb Energetika 09:34 UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə qarşılaşacaq Futbol 09:33 IMF Qafqaz və Mərkəzi Asiyada iqtisadi dayanıqlılığın əsas şərtlərini elan edib Energetika 09:17 Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq Energetika 09:10 EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Şimali Makedoniya klubu ilə qarşılaşacaq Komanda 09:10 Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib Xarici siyasət 09:03 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.11.2026) Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.