İdman24
Digər · APA Sport

İspaniya millisinin üzvü ölkəsinə qayıdır

İspaniya millisinin sabiq hücumçusu Alvaro Morata karyerasını ölkəsində davam etdirəcək.

Apasport.az xəbər verir ki, 33 yaşlı forvard "Leqanes"lə anlaşıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, “Leqanes” oyunçunun məxsus olduğu “Komo” ilə bir illik icarə müqaviləsi barədə razılığa gəlib.

Qeyd edək ki, Morata ötən mövsüm A Seriyasında “Komo”nun heyətində 26 oyunda meydana çıxıb. İspaniyalı futbolçu bu matçlarda qol vura bilməyib.

Orijinal mənbə

İdman24 əsas səhifə