İdman24
Futbol · Report İdman

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 26° C USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Bilik günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Energetika 15 sentyabr, 2026 23:21 Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Həmçinin 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə təmir işləri tətbiq olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Əkşəm, Hacıselli, Havarlı və Marzılı kəndlərini əhatə edəcək.

110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Lənkəran EŞ-yə daxil olan 35 kV-luq "Xanbulan" hava xəttində icra ediləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd, Şağlaküçə kəndlərinin bir hissəsində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано Завтра в Баку и ряде районов не будет света USD - 1.700 EUR - 1.961 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 26° C Son xəbərlər 01:30 Tramp Vaşinqtonda Kennedi Mərkəzinin dərhal bağlanacağını açıqlayıb Digər ölkələr 01:24 Azərbaycan və Pakistanın Serbiyadakı səfirləri regional vəziyyəti müzakirə ediblər Xarici siyasət 01:17 ABŞ İranın blokadası çərçivəsində 103 ticarət gəmisinin marşrutunu dəyişib Digər ölkələr 00:37 Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib Xarici siyasət 00:35 İraq Hörmüz boğazından yan keçməklə Avropaya neft tədarükünü artırmaq niyyətindədir Digər ölkələr 00:29 Prezidentin köməkçisi: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər Xarici siyasət 00:06 Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır Region 23:55 Futbol üzrə Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək Futbol 23:50 Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə