İdman24
Futbol · APA Sport

“Qarabağ”da şok itki – 3 ay oynamayacaq

“Qarabağ” zədəli futbolçularının son durumu ilə bağlı rəsmi məlumat yayıb.

Apasport.az xəbər verir ki, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Renaldo Sefasın müalicəsi davam edir. Bərpa prosesində müsbət dinamika müşahidə olunan futbolçunun “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer alma ehtimalı var. Onun meydana çıxıb-çıxmayacağı son vəziyyətinə əsasən müəyyənləşəcək.

“Kiyev Dinamo”su ilə avqustun 13-də keçirilən oyunda zədələnən Elvin Cəfərquliyev isə əməliyyat olunacaq. Futbolçunun təxminən 3 ay ərzində bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, Cəfərquliyevin sol budunun arxa əzələ qrupunda zədələnmə aşkarlanıb. İlkin konservativ müalicədən sonra avropalı mütəxəssislərlə məsləhətləşmələr aparılıb və cərrahi müdaxiləyə qərar verilib.

Zakaria Savonun bərpa prosesi də davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.

Orijinal mənbə

İdman24 əsas səhifə