İdman24
Voleybol · APA Sport

“Turan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır - YENİLƏNİR

“Turan”ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi II təsnifat mərhələsinin ilk matçında Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşacaq.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da Xorvatiyada baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə