FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb Futbol 18 sentyabr, 2026 16:25 Bakıda keçiriləcək futbol üzrə U-15 dünya çempionatı və festivalında iştirak edəcək komandaların mübarizə aparacağı qruplar müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Azərbaycan millisi AF qrupunda yer alıb. Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.
Ümumilikdə turnirdə 191 komanda 32 qrupda mübarizə aparacaq. Yarışın ilk oyunları 24 oktyabrda, final qarşılaşmaları isə 30 oktyabrda keçiriləcək.
Turnirdə komandalar 8x8 formatında qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Qrup mərhələsinin yekunlarına əsasən, iştirakçılar altı performans səviyyəsinə bölünəcək və bütün komandalar turnirin son gününədək mübarizəni davam etdirəcəklər.
Yarışda komandalar 68x47 metrlik meydançalarda mübarizə aparacaqlar. Qarşılaşmalar 7,32×2,44 metr ölçülü standart qapılarla keçiriləcək.
Hər komandanın heyətində 14 futbolçu, texniki heyətdə isə 6 nəfərədək məşqçi və digər komanda rəsmisinin yer alması nəzərdə tutulur. Turnirdə 2011 və ya 2012-ci il təvəllüdlü futbolçular iştirak edəcək. Ümumilikdə isə Azərbaycanda keçiriləcək festivalda 3 000-dən çox gənc futbolçu, məşqçi və rəsmi şəxsin iştirakı gözlənilir.
Təsnifat mərhələsində komandaların dairəvi sistem üzrə 4-5 oyun keçirməsi nəzərdə tutulur. Bu matçların nəticələrinə əsasən komandalar turnirin növbəti mərhələsində müvafiq səviyyələr üzrə mübarizəni davam etdirəcəklər.
Yarış çərçivəsində ümumilikdə 1000-ə yaxın oyun keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Olimpiya İdman Kompleksində, açılış və final oyunları isə Bakı Kristal Zalında təşkil olunacaq.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı ilk dəfə Azərbaycanda keçiriləcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано FIFA обнародовала детали чемпионата мира и фестиваля U-15 в Азербайджане FIFA details U15 World Cup & Festival in Azerbaijan USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 18:51 Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır Digər ölkələr 18:46 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar Fərdi 18:45 Foto Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib Mədəniyyət siyasəti 18:39 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Din 18:36 Cəlilabadda suyun verilişi bərpa olunub Hadisə 18:29 Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib Futbol 18:14 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Digər ölkələr 18:04 Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandıracaq Region 18:02 Foto Azərbaycan FAO-nun regionlararası siyasət dialoqunda təmsil olunub ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.