İdman24
Digər · Report İdman

Cəlil Cəlilov: "Qarşımızda yeni hədəflər var, eyni əzmlə davam edəcəyik"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü Bakı 12° C USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Azərbaycanda Konstitusiya Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Cəlil Cəlilov: "Qarşımızda yeni hədəflər var, eyni əzmlə davam edəcəyik" Komanda 12 noyabr, 2026 10:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Kişi voleybolçulardan ibarət "Xilasedici" klubunun qarşısında yeni hədəflər var.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis CEV Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Portuqaliyanın "Sportinq" kollektivinə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:

"Çox gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə isə 15:13 hesabı ilə üstünlük qazanaraq 3-cü mərhələyə yüksəldik. Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir. Bu uğur kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir. Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün eyni əzmlə çalışmağa davam edəcəyik".

C.Cəlilov "Sportinq" komandasının güclü rəqib olduğunu söyləyib:

"Oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və öz potensiallarını ortaya qoydular. Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Görülən düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük".

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə "Sportinq" 3:2 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.883 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 04:31 Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib Digər ölkələr 04:27 Albaniya 2028-ci ildə NATO sammitinə ev sahibliyi edə bilər Digər ölkələr 04:02 İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb Komanda 03:56 Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib Digər ölkələr 03:53 Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır Digər ölkələr 03:42 ABŞ-da ticarət nazirinin vəzifəsindən uzaqlaşdırılması müzakirə olunur Digər ölkələr 03:25 Tramp ABŞ müttəfiqlərini qorumaq üçün İrana qarşı güc tətbiqini istisna etməyib Digər ölkələr 02:35 Foto Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib Xarici siyasət 02:13 Azərbaycan Avropaya qaz ixracını artıracaq Energetika Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə