İdman24
Futbol · APA Sport

“Barselona”dan La Liqa tarixinin ikinci ən məhsuldar startı

“Barselona” İspaniya La Liqasının XII turunda səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda mövsümün ilk 12 turunda 48 qol vuraraq tarixi göstəriciyə imza atıb.

Hər oyuna orta hesabla 4 qol vuran Kataloniya təmsilçisi La Liqa tarixinin ən məhsuldar ikinci startına nail olub.

Bu göstəricidə rekord 1930/31 mövsümündə ilk 12 qarşılaşmada 56 dəfə fərqlənən “Atletik”ə məxsusdur.

Qeyd edək ki, “Barselona” qələbə sayəsində xalını 33-ə çatdırıb. Kataloniya klubu ən yaxın izləyicisi “Real”ı 3 xal qabaqlayaraq turnir cədvəlində liderliyini qoruyub.

Orijinal mənbə

İdman24 əsas səhifə