İdman24
Futbol · APA Sport

Ceff Bezos "Liverpul"a ortaq ola bilər – Nəhəng sərmayə planı

Dünyanın ən varlı şəxslərindən olan Ceff Bezos "Liverpul" klubunun səhmdarlarından birinə çevrilə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, "Amazon"un qurucusu klubdan birbaşa hissə almağı və "Liverpul"un əsas ortaqlarından biri olmağı planlaşdırır.

Hazırda şəxsi sərvəti təxminən 257 milyard dollar dəyərində qiymətləndirilən Bezos dünyanın ən varlı dördüncü insanıdır.

Qeyd edək ki, "Liverpul" 2010-cu ildən ABŞ-nin "Fenway Sports Group" şirkətinin nəzarəti altındadır.

Orijinal mənbə

İdman24 əsas səhifə