Formula 1 · F-1.az
Orihara: İrəliləmişik, amma realist qalmalıyıq

İtaliya mətbuatı yazır ki, Honda mühərrikləri yenilənmədən sonra da 70 at qüvvəsi geri qalır, İspaniya mətbuatı isə fərqin təxminən 50 at qüvvəsi olduğunu hesab edir. Söhbət gəzir ki, Aston Martin artıq Red Bull və Mercedes ilə güc qurğularının tədarükü barədə danışıqlar aparır. Mühərrik gücünə ən tələbkar tras olan Monsadakı yarış ərəfəsində Honda-da xüsusi nikbinlik yoxdur.