İdman24
Futbol · APA Sport

“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb

Almaniyanın “Bavariya” futbol klubunun baş məşqçisi Vensan Kompani təcili xəstəxanaya yerləşdirilib.

Apasport.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, 40 yaşlı belçikalı mütəxəssis klubun məşq bazasında huşunu itirib. O, tibbi helikopterlə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, xəstəliyin əlamətlərinə baxmayaraq fəaliyyətini davam etdirib.

“Bavariya” klubunun mətbuat xidməti baş məşqçinin hərtərəfli tibbi müayinədən keçiriləcəyini və həkim nəzarətində saxlanılacağını açıqlayıb.

Qeyd olunub ki, Kompaninin yoxluğunda komandanın məşqlərinə və oyunlarına müvəqqəti olaraq məşqçilər korpusunun digər üzvləri rəhbərlik edəcəklər.

“Vensan Kompaninin sağlamlığı bizim üçün əsas prioritetdir. Onun tezliklə sağalması üçün əlimizdən gələni edəcəyik. O, bütün zəruri tibbi yardım və dəstəklə təmin olunacaq”, – klubun idman direktoru Maks Eberl bildirib.

Qeyd edək ki, Vensan Kompani 2024-cü ilin mayından “Bavariya”ya rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə komanda iki dəfə Almaniya çempionu və ölkə Superkubokunun qalibi olub, bir dəfə isə Almaniya Kubokunu qazanıb.

Kompani daha əvvəl Belçikanın “Anderlext” və İngiltərənin “Börnli” klublarını çalışdırıb. Futbolçu karyerası ərzində isə “Mançester Siti”nin heyətində dörd dəfə İngiltərə çempionu olub.

Orijinal mənbə

İdman24 əsas səhifə