İdman24
Voleybol · Report İdman

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 22° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb Komanda 21 oktyabr, 2026 12:37 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak etmək üçün Gürcüstana yola düşüb.

Bu barədə "Report" a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.

Oktyabrın 22-25-də Rustavi şəhərində keçiriləcək yarışda komandaya Gökhan Edman rəhbərlik edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmalarına qarşı çıxış edəcək. Digər qrupda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları yer alacaqlar.

Reqlamentə əsasən, qruplarda 1-ci yeri tutacaq komandalar (A1–B1) turnirin qalibini müəyyənləşdirmək üçün həlledici oyunda qarşılaşacaqlar. Qruplarda 2-ci və 3-cü yerləri tutacaq kollektivlər isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.

A1-B1 qarşılaşmasının qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. 2, 3 və 4-cü yerləri tutacaq komandalar isə qitə çempionatının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edəcəklər.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 13:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Xarici siyasət 13:48 Putin: Rusiya ABŞ ilə iqtisadi əməkdaşlığın bərpasında maraqlıdır Digər ölkələr 13:45 Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb İKT 13:43 "Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib Futbol 13:32 EBRD regional əlaqəliliyin gücləndirilməsinin əsas şərtini açıqlayıb İnfrastruktur 13:26 Türkmənbaşı ilə Ələt arasında fider xəttinin yaradılması təklif edilib İnfrastruktur 13:24 PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub Futbol 13:24 TRASEKA dəhliz iştirakçısı olan ölkələri birləşdirmək üçün rəqəmsal platforma hazırlayır İnfrastruktur 13:19 Uitkoff Putinlə görüşündə Ukraynada atəşkəs üçün ilkin şərtlərin olduğunu bildirib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə