İdman24
Futbol · APA Sport

“Arsenal”ın futbolçusu 3 oyunluq CƏZALANDIRILDI

İngiltərə Futbol Assosiasiyası (FA) “Arsenal”ın 16 yaşlı futbolçusu Maks Doumanın qırmızı vərəqə ilə bağlı apellyasiyasını rədd edib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi üç oyunluq diskvalifikasiya olunub.

Douman oktyabrın 27-də “Flitvud Taun”la Liqa Kuboku matçının 85-ci dəqiqəsində rəqib futbolçu Harrison Nillə toqquşmadan sonra ona ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub.

“Arsenal” həm qırmızı vərəqəyə, həm də cəzanın ağırlığına etiraz etsə də, müstəqil intizam komissiyası hər iki şikayəti rədd edib.

Orijinal mənbə

İdman24 əsas səhifə