İdman24
Digər · APA Sport

Şotlandiya üçün mundial bitdi - Son 32 şansını itirdi

Şotlandiya millisi DÇ-2026-da mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, C qrupunu 3 xalla 3-cü pillədə tamamlayan Avropa təmsilçisi ən yaxşı üçüncülər sırasında yer almaq şansını itirib.

Buna Qana - Xorvatiya matçından sonra (1:2) yaranan turnir vəziyyəti səbəb olub. Nəticədə Şotlandiya 1/16 final mərhələsindən kənarda qalıb.

Qeyd edək ki, Şotlandiya qrupda Haitini 1:0 hesabı ilə məğlub edib, Mərakeşə 0:1, Braziliyaya isə 0:3 hesabı ilə uduzub.

Orijinal mənbə

İdman24 əsas səhifə