Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Fərdi 28 октября, 2026 15:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib.
Şahmatçı bunu "Report" a açıqlamasında deyib.
O, indiyə qədər ən yaxşı nəticəni "Sheki Open 2026"da göstərdiyini bildirib:
"2025-ci ildə olduğu kimi, bu il də yarışların əksəriyyətində iştirak etdim. İndiyə qədər əldə etdiyim ən yaxşı nəticə bu il keçirilən "Sheki Open 2026" beynəlxalq şahmat turnirində 2-ci yerə çıxmaq olmuşdu. Ondan sonra qatıldığım turnirlərdə nisbətən zəif çıxış etmişdim. Bəzi uğursuzluqlara baxmayaraq, "Shirvan Open 2026" turnirində yenidən iştirak etmək qərarına gəldim. İştirakçı sayı ötən illə müqayisədə azalsa da, şahmatçılar kifayət qədər güclü idilər. 9 turdan ibarət turniri məğlubiyyətsiz başa vuraraq 6 qələbə və 3 heç-heçə ilə 7,5 xal topladım".
M.İbrahimli çətin keçən oyunlar barədə danışıb:
"Ən çətin görüşlərim III turda rusiyalı Oksana Qoryaçkina, V turda Azərbaycanın beynəlxalq qrossmeysteri Namiq Quliyev və son turda Məhəmməd Bağırova qarşı oldu. Namiq Quliyevlə oyun 5 saatdan çox çəkdi. Sonda qalib gəldim və liderliyi ələ keçirdim. Son tur xüsusilə çətin alındı. Lider idim, amma Namiq Quliyev və hindistanlı beynəlxalq qrossmeyster Visah məndən yarım xal geridə idilər. Son oyunda qara fiqurlarla mənə mütləq qələbə lazım idi. Rəqibim bir çox çətinliklər yaratdı və vaxt azlığına görə böyük problemlərlə üzləşdim. Buna baxmayaraq, sona kimi dəqiq müdafiə olundum və daha təcrübəli olmağım oyunun taleyini həll etdi. Qeyd etdiyim hər iki rəqib də son oyunlarında qələbə qazandılar. Mən isə qələbə qazanmaqla 1-ci yeri təmin etmiş oldum".
Qeyd edək ki, "Shirvan Open 2026"da Murad İbrahimli 7,5 xalla birinci, 7 xal toplayan Namiq Quliyev və hindistanlı Visah müvafiq olaraq 2 və 3-cü yerləri tutublar. Turnirdə 6 ölkədən 150-yə yaxın şahmatçı iştirak edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 15:37 ABF rəsmisi Nağı Səfərov: "Dörd Avropa çempionatında qazanılan 25 medalı müsbət qiymətləndiririk" Fərdi 15:36 "Egmont"un direktoru: Aİ və Azərbaycan münasibətləri prioritet olaraq qalmalıdır - Eksklüziv Xarici siyasət 15:36 Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışında çox önəmli mesajlar verildi - RƏY Daxili siyasət 15:33 AKTA: BOKT-larda kibertəhlükəsizlik üçün büdcə və mütəxəssis çatışmazlığı var Maliyyə 15:26 Foto Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb İKT 15:24 Səbinə Hacıyeva: Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu məkan olub Mədəniyyət siyasəti 15:22 Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb Digər 15:18 Netanyahu bloku parlament seçkilərinin ilkin nəticələrinə görə 54 yer əldə edir Digər ölkələr 15:17 Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.