Digər · APA Sport
“İmişli” “Şəfa” ilə heç-heçə edib

Yeni mövsümün hazırlıqlarını davam etdirən “İmişli” növbəti sınaq matçına çıxıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi “Şəfa” ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.
“İmişli”nin yeganə qoluna Azər Salahlı imza atıb. “Şəfa”nın heyətində isə Elnur Cəfərov fərqlənib.