DÇ-2026: Bosniya və İsveçrədən qələbə - YENİLƏNİB

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutub.
Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşıb. Bosniyalılar matçı 3:1 hesablı qələbəylə başa vuraraq qrupu 4 xalla 3-cü pillədə başa vurub. Qətər 1 xalla qrup sonuncusu olub.
Qrupun digər matçında isə İsveçrə Kanadanı məğlub edib: 2:1.
Xallarının sayını 7-yə yüksəldən Avropa təmsilçisi B qrupunu lider tamamlayıb. Kanada 4 xalla ikinci yerdə qərarlaşıb.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.
DÇ-2026 B qrupu, III tur 24 iyun 23:00. Bosniya və Herseqovina - Qətər 3:1
Qol: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81
Qol: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76