Basketbol · APA Sport
Qeylen Smit yenidən NTD-də

NTD ABŞ-dən olan basketbolçu Qeylen Smiti heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
27 yaşlı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Qeylen Smit 2023/2024 və 2024/2025 mövsümlərində NTD-nin formasını geyinib.