İdman24
Futbol · Report İdman

Emrah Aykurt: "Əsas məqsəd milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır"

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Emrah Aykurt: "Əsas məqsəd milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır" Futbol 21 sentyabr, 2026 11:19 Qadınlar Super Liqasının təşkilində əsas məqsəd rəqabəti artırmaq və milli komandalar üçün geniş oyunçu bazası formalaşdırmaqdır.

"Report" un məlumatına görə bunu AFFA-nın Qadın Futbolu Üzrə Texniki Direktoru Emrah Aykurt deyib.

Mütəxəssis Qadınlar Super Liqasının 2026/2027 mövsümünün reqlamenti barədə məlumat verib:

"Yeni mövsümdə 12 komanda mübarizə aparacaq və yarış iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə komandalar öz aralarında 11 matç keçirəcəklər. Yekunda ilk altı yeri tutan kollektivlər A qrupunda, 7-12-ci pillələrdə qərarlaşanlar isə B qrupunda yarışacaqlar. Ümumilikdə çempionatda 126 oyun planlaşdırılır. Birinci mərhələdə 66, ikinci mərhələdə isə 60 matç oynanılacaq. A qrupunun çempionu növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanacaq. B qrupunda yer alan komandalar üçün isə gənc istedadlara daha çox şans verilməsi və yeni oyun modellərinin sınanması əsas götürülüb".

Emrah Aykurt ölkə kubokunun təşkili ilə bağlı məsələyə də toxunub:

"Rəhbərlik tərəfindən kubokla bağlı lazımi işlər aparılır. Lakin bu mövsüm üçün hər hansı hazırlıq nəzərdə tutulmayıb. Liqa yekunlaşdıqdan sonra növbəti mövsümlər üçün kubok yarışlarının keçirilməsi istiqamətində addımlar atılacaq".

O, çempionatda qeydə alınan böyükhesablı nəticələr və əsas hədəflər barədə danışıb:

"Yeni strukturu məhz buna görə qurduq. Əsas istəyimiz daha mübariz və rəqabətli oyunların keçirilməsidir. Güc balansını tənzimləmək üçün komandaları iki qrupa böldük. Ümid edirəm ki, gələcəkdə belə fərqli hesablar görünməyəcək. Məqsədimiz təkcə Yüksək Liqanı deyil, aşağı yaş qruplarını da inkişaf etdirmək, davamlılığı təmin etmək və peşəkar klubların sayını artırmaqdır".

Qeyd edək ki, Azərbaycanın Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə