Digər · APA Sport
“Qalatasaray” fransalı müdafiəçisi ilə yollarını ayıra bilər

“Qalatasaray”ın mövsümün əvvəlində “Leyptsiq”dən icarəyə götürdüyü El Şaday Bitşiabunun qış fasiləsində komandadan ayrılacağı iddia olunur.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisinin rəhbərliyi 21 yaşlı fransalı müdafiəçinin icarə müqaviləsinə yanvarda xitam vermək variantını nəzərdən keçirir.
Buna səbəb “Qalatasaray”ın legioner limitində yer açmaq istəyidir.
Qeyd edək ki, Bitşiabu bu mövsüm “Qalatasaray”ın heyətində cəmi bir oyunda meydana çıxıb.