Digər · APA Sport
Klopp Almaniya iddialarına münasibət bildirdi - “İndi yeri deyil”

Yurgen Klopp Almaniya millisi ilə bağlı iddialara münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis adının yığma komanda ilə hallanmasından xəbərdar olduğunu deyib.
“Hazırda adımın milli komanda ilə çəkildiyini bilirəm. Amma indi bunu danışmağın yeri deyil. Ən azından bunun üçün doğru zaman deyil. Hələ bu barədə düşünməmişəm”, - deyə Klopp bildirib.
Qeyd edək ki, Almaniya DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb.