İdman24
Futbol · APA Sport

“Trabzonspor” yeni transferini açıqladı

“Trabzonspor” Frankulino Dju transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, "bordo-mavililər" 22 yaşlı hücumçu üçün “Midtyullan”a 17 milyon avro ödəyəcək.

Müqavilədə Frankulinonun gələcəkdə başqa kluba transferi zamanı əldə olunacaq mənfəətin 15 faizinin Danimarka təmsilçisinə ödənilməsi də nəzərdə tutulub.

“Trabzonspor” 22 yaşlı forvardla 4+1 illik müqavilə imzalayıb. Futbolçunun illik maaşı 2 milyon 125 min avro olacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə