Döyüş İdmanı · APA Sport
UFC: Rafael Fizievdən erkən nakaut

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri başa çatıb.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, gecənin əsas döyüşü keçirilib.
Yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Rafael Fiziev Meksikadan olan Manuel Torreslə qarşılaşıb.
İlk raundda iki teykdaun həmləsi edən Fiziev zərbələrin sayında geri qalıb.
Fiziev ikinci raundun startında rəqibini nakaut etməyi bacarıb.
Qeyd edək ki, bu Rafaelin Bakıda qazandığı ikinci qələbədir. O, ötən il paytaxtda keçirilən UFC tədbirində İqnasio Bahamondesi məğlub etmişdi.