Digər · APA Sport
“Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı

“Qalatasaray” Türkiyə Super Liqasının VII turunda “Kasımpaşa” ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Kemerburqaz Metin Oktay bazasında növbəti məşqə çıxıb.
Hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular iki qrup halında ötürmə çalışmalarını yerinə yetiriblər. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq taktiki tapşırıqlarla başa çatıb.
Komanda üçün sevindirici məqam Mario Leminanın sıraya dönməsi olub. Zədəsini sağaldan yarımmüdafiəçi artıq kollektivlə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, “Qalatasaray” bu gün Bakı vaxtı ilə saat 18:30-da Türkiyə I Liqa təmsilçisi “Pendikspor”la səfərdə yoxlama oyunu keçirəcək.