Digər · APA Sport
ÇL: “Fənər” Fransa səfərində - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçiriləcək.
Türkiyə təmsilçisi “Fənərbaxça” Fransada “Lion”un qonağı olacaq.
“Vikinq” isə doğma meydanda Zaqreb “Dinamo”sunu qəbul edəcək.
Bütün görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün “Sabah”, “Bodo-Qlimt” və LASK turnirin liqa mərhələsinə vəsiqə qazanıb.