HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia HƏMAS-ın məğlubiyyəti – yeni Fələstinin, Yaxın Şərqin qurulması - ŞƏRH Analitika 07 oktyabr, 2026 16:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
HƏMAS-ın İsrailə hücumundan üç il ötür. Bu siyasi-hərbi qruplaşma 2023-cü il oktyabrın 3-də yəhudilərin "Simxat Tora bayramı"nda "əl-Əqsa Tufanı" adı altında əməliyyata başlayıb. İsrail isə ona qaşı "Dəmir qılınclar" adı altında cavab tədbirləri görüb.
Bu müharibə gözlənilməz sayılsa da, Qəzza zolağının hərbiləşdirilməsi, bölgənin "barıt çəlləyinə" çevrilməsi planları gözlənilən idi. HƏMAS-ın əsas hədəfi İsrail dövlətinin məhv edilməsidir. Onun ideologiyası, siyasəti, silahlı mübarizəsi də bu istiqamətdir.
2006-cı ildə Qəzza sektorunda keçirilmiş seçkinin nəticələrinə əsasən, qalib gəlmiş hərəkat yerli hökumətə sahib olandan sonra qruplaşma hədəfləri istiqamətində fəallığını artırmağa başladı. Sponsoru sayılan ölkələrə təşkilatın liderlərinin səfərləri və davamlı təmaslar onlardan İsrailə qarşı proksi qüvvə kimi istifadə olunacağını istisna etmirdi.
Bu baxımdan, İsrail dövləti və onun müttəfiqləri HƏMAS-ın silahsızlaşdırılmasına əvvəlcədən hazırlaşırdı.
Onun terror təşkilatı olaraq tanınması və danışıqlar aparmaq üçün tərəf olmadığı beynəlxalq ictimaiyyətin bu istiqamətdə atdığı ilk başlıca addım sayıla bilər. Bunun ardınca hərəkat liderlərinə və ona bağlı sponsorlara, ayrı-ayrı fiziki şəxslərə ABŞ, Britaniya, Avropa İttifaqı, Yaponiya və başqalarının sanksiya tətbiq etməsi onun iqtisadi cəhətdən zəifləməsinə xidmət edirdi.
Ancaq zolaqda hakimiyyəti ələ keçirəndən 17 il sonra qruplaşmanın İsrailə hücumu regionda vəziyyəti daha da gərginləşdirdi. İsrail HƏMAS-a qarşı üçmərhələli planla əməliyyatlara başladığını elan etdi:
-hava zərbələri və qurudan genişmiqyaslı əməliyyatlar. Bura tunellər, komanda məntəqələri məhv etmək daxil idi;
- zolaqda nisbətən zəif sürətli təmizləmə əməliyyatlarının aparılması;
- yeni təhlükəsizlik reallığının yaradılması və məsuliyyətdən imtina.
HƏMAS-a qarşı hərbi əməliyyatlar Yaxın Şərq regionunda yeni mənzərənin yaranmasına da təsir göstərib. Xüsusən bölgədəki İsrail və ABŞ-yə qarşı olan qruplaşmalar hərbi əməliyyatlar nəticəsində zəiflədi.
HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Həniyənin Tehranda öldürülməsi bölgədəki liderlərin hədəfdə olduğuna işarə idi. İsrail HƏMAS başçılarını xarici ölkələrdə də zərərsizləşdirəcəyini gizlətmir, günümüzədək bu istiqamətdə əməliyyatı davam etdirir. Livanın "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsi də bu sıradan sayılır. Çünki bu qruplaşma da İsrailə qarşı HƏMAS-la eyni mövqedən çıxış edirdi.
İsmayıl Həniyənin öldürülməsi hərəkat daxilində müəyyən parçalanmaya nail olsa da, Yəhya Sinvar Qəzza zolağında mübarizəni davam etdirəcəyini, xaricdəki qruplaşma liderlərinin təşkilat adından danışmaq hüququnun olmadığını bildirmişdi. 2024-cü il oktyabrın 16-da onun öldürülməsi HƏMAS-da danışıqlar və sülhə meyilli qüvvələri ortaya çıxardı. Düzdür, bundan bir neçə ay öncə Fələstin Azadlıq Təşkilatını (FAT) tanımayan HƏMAS Pekində Fələstinin daha 12 təşkilatı ilə birlikdə toplantı keçirərək Bəyannamə qəbul etmişdilər.
Sənəddə FAT Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi təsdiq edilmişdi, müvəqqəti Milli Barışıq hökumətinin yaradılması razılaşdırılmış, HƏMAS və İslami Cihad da daxil olmaqla Fələstin qruplaşmalarının Milli Şurasının formalaşdırılması, BMT qətnamələrinə əsasən, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulması kimi məsələlər elan edilmişdi.
Hadisələr Qəzza zolağında sülhün yaranacağına aparırdı. ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin sentyabr ayında açıqladığı 20 bəndlik Qəzzada Sülh Planı bunu təsdiqlədi. Həmin planda uyğun olaraq müharibənin dərhal dayandırılması, girov və məhbus mübadiləsi, eləcə də beynəlxalq nəzarət altında keçid dövrünü və bölgənin bərpasını nəzərdə tutan hərtərəfli təşəbbüslər nəzərdə tutulurdu.
Qəzza zolağında atəşkəs 2025-ci il oktyabrın 10-da qüvvəyə mindi. Bununla regionda yeni dönəmin başlanğıcı qoyuldu. Sülh planında ən çətin bölmə HƏMAS-ın tərk-silah edilməsi və amnistiyadır. Orada silahlarını təhvil verən və dinc birgəyaşayışa sadiq qalan hərəkat üzvlərinə amnistiya verilir, bölgəni tərk etmək istəyənlərə isə təhlükəsiz keçid təmin olunur. HƏMAS gələcək idarəçilikdə birbaşa və ya dolayısı ilə iştirak etməyəcək.
HƏMAS-ın sıradan çıxarılması və zəiflədilməsi Yaxın Şərqdə bir sıra hadisələrin baş verməsinə də yol açmış oldu. Suriyada Bəşşar Əsəd rejimi devrildi. Ölkəyə əvvəllər silahlı qruplaşmalardan birinə başçılıq etmiş Əhməd Əş-Şaraa rəhbərlik etməyə başladı. O, hazırda Suriyanın keçid dövrü üçün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən prezidentidir.
İsrail və ABŞ İrana hücum etdi. İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei öldürüldü. Bununla, İranla ABŞ arasında yeni dönəm danışıqlar prosesi başladı.
ABŞ-nin qoşunlarını Suriya və İraqdan çıxarması da regionda təhlükəsizlik baxımdan yeni mənzərənin yaranacağından xəbər verir.
Sülh Şurası Qəzzanın yenidən qurulması üçün uzunmüddətli maliyyə və iqtisadi inkişaf proqramları - məsələn, 2026-cı ilin sentyabrında açıqlanan 2,45 milyard dollarlıq ilkin 6 aylıq bərpa planı - həyata keçirməyi hədəfləyirdi. Bu Şuraya ABŞ və Azərbaycan da daxil olmaqla 21 təsisçi ölkə və qonşu dövlətlər daxil idi. Sonradan siyahıya Belarus, Albaniya, Kamboca, Misir, El Salvador və Küveyt kimi ölkələr də əlavə olundu.
Azərbaycan Fələstinin müstəqilliyini 1992-ci ildən tanıyır. O, Fələstində məktəb tikintisində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) xətti ilə dəstək, həmçinin dövlət tə