Futbol · APA Sport
"Qarabağ"da iki itki: "VESTRİ" İLƏ MATÇDA İŞTİRAK ETMƏYƏCƏKLƏR

"Qarabağ"ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
"Apasport"un əldə etdiyi məlumata görə, komanda "Vestri" ilə matça iki itki ilə çıxacaq.
Ötən mövsümü zədəli başa vuran Bəhlul Mustafazadə və Musa Qurbanlı İslandiyada keçiriləcək görüşdə meydana çıxmayacaqlar.
Mustafazadə fərdi məşqlərə start verib. O, çalışmaları komandadan ayrı davam etdirir.
Qurbanlı isə növbəti həftə fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, "Vestri" - "Qarabağ" matçı iyulun 17-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.