İdman24
Digər · Report İdman

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatması olub

İlham Əliyev Zəfərə gedən yol Bakı 25° C USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub, yarışdan əvvəl hakimlərin iclası keçirilib Fərdi 28 sentyabr, 2026 19:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) birgə təşkilatçılığıyla sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.

ASİNF-dən "Report" a verilən məlumata görə, iştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.

Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.

Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.

Bundan başqa, beynəlxalq turniri öncəsi hakimlərin iclası keçirilib

İclasda yarışların keçirilməsi qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub. Həmçinin yarışın start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri dəqiqləşdirilib.

Hakimlərə yarış prosesi zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Состоялась жеребьевка международной "Мингячевирской регаты - 2026" USD - 1.700 EUR - 1.936 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 20:46 Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub Energetika 20:44 Rusiyada pirotexnika zavodunda baş verən yanğında ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB Digər ölkələr 20:41 Fransa klubları Rahim Sterlinqi transfer etmək istəməyiblər Futbol 20:40 "Axios": Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır Digər ölkələr 20:35 Abdullahi: İran Silahlı Qüvvələri hər cür təhdidə dağıdıcı cavab verəcək Region 20:18 FTB-nin direktor müavini Endryu Beyli istefa verib Digər ölkələr 20:15 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib Daxili siyasət 20:12 Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb Xarici siyasət 19:44 Hindistanın ticarət naziri saziş üzrə danışıqlar üçün ABŞ-yə gedəcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə