İdman24
Döyüş İdmanı · APA Sport

U-17 DÇ: Nəzrin Əhmədli 1/8 finalda məğlub oldu

Azərbaycan güləşçisi Nəzrin Əhmədli Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşünü keçirib.

Apasport.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Almaniya təmsilçisi Mədinə Bayramova ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Son xalı qazanan almaniyalı güləşçi qalib elan olunub.

Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Milli Gimnastika Arenasında davam edəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə