Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”

“Fənərbaxça”nın baş məşqçisi Dirk Kuyt UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Liverpul”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Hamımız üçün həyəcanverici oyun olacaq. Mənim üçün də xüsusi qarşılaşmadır. Rəqibimiz Çempionlar Liqasında ən yaxşı çıxış edən komandalardan biridir. Bu matç özümüzü göstərmək üçün yaxşı fürsətdir. Oyunu səbirsizliklə gözləyirəm”.
Kuyt “Fənərbaxça”nın hazırkı vəziyyətinə də toxunub:
“Komandanın başında olmaq mənim üçün çox xüsusi hissdir. Təbii ki, “Fənərbaxça” olaraq çətin perioddan keçirik. Yaxşı vəziyyətdə deyilik. Amma bu qarşılaşma bizim üçün dönüş nöqtəsi ola bilər”. “Fənərbaxça” – “Liverpul” qarşılaşması noyabrın 4-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 3 oyunda 2 xal toplayıb və 36 komanda arasında 31-ci pillədə qərarlaşıb. “Liverpul” isə 9 xalla 3-cü sıradadır.