Misli Premyer Liqasında son 6 mövsümün rekordu

Misli Premyer Liqasında IV turun oyunları yüksək məhsuldarlıqla yadda qalıb.
Apasport.az xəbər verir ki, tur çərçivəsində keçirilən 6 qarşılaşmada ümumilikdə 26 qol vurulub.
“Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1) və “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) görüşlərinin hər birində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçları isə eyni – 2:1 hesabı ilə başa çatıb.
Turda orta məhsuldarlıq 4,33 təşkil edib. Bu, təkcə cari mövsümün deyil, son 6 mövsümün ən yüksək göstəricisidir.
Daha yüksək orta məhsuldarlıq sonuncu dəfə 2020/21 mövsümündə qeydə alınıb. Həmin mövsümün 2020-ci il noyabrın 21-23-də keçirilən X turunda 4 qarşılaşmada 19 qol vurulub və orta məhsuldarlıq 4,75 olub.
IV turda vurulan 26 qol isə ümumi qol sayına görə son 21 mövsümün rekordudur. Daha yüksək göstərici sonuncu dəfə 2005/06 mövsümünün XXVI turunda qeydə alınıb. Həmin turda 7 qarşılaşmada 27 qol vurulub.