İdman24
Döyüş İdmanı · APA Sport

Millimizin dünya çempionatı üçün heyəti bəlli olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatının son hazırlıq mərhələsinə başlayıb.

Apasport.az xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında taktiki-texniki hazırlığa və rəqiblərin təhlilinə xüsusi diqqət yetiriləcək.

Hazırlıq prosesinə Eldəniz Əzizli, Emin Cavadlı (hər ikisi 55 kq), Murad Məmmədov, Nihad Quluzadə (hər ikisi 60 kq), Nihat Məmmədli, Tural Əhmədov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Məhəmməd Qasımzadə (hər ikisi 67 kq), Ülvü Qənizadə və Fəraim Mustafayev (hər ikisi 72 kq) cəlb olunublar.

Bundan başqa, Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov (hamısı 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov (hamısı 87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kq) da hazırlıq keçirlər.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 24-dən 27-dək baş tutacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə